“Facebook” sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb.
Yenicag.az-ın məlumatına görə, hazırda bu rejimin digər ölkələrdə sınaqdan keçiriləcəyi barədə qərar verilməyib
“Bu dəyişikliklərin istifadəni yaxşılaşdıracağını araşdırmaq üçün rəylər toplayacağıq” deyə, – “Facebook” sözçüsü Cimmi Raymo bildirib.
Bənzər bir funksiya artıq Kanada və Braziliya da daxil olmaqla 7 ölkədə “Instagram”da sınaqdan keçirilməyə başlayıb.
Bəyənmələrin ümumi sayının əvəzinə istifadəçilərə yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir./Trend/