Nyu-York Prokurorluğu “Facebook” haqqında istintaq başladıb.
Yenicag.az xəbər verir ki, buna səbəb sosial şəbəkənin qeyri-qanuni şəkildə 1,5 milyondan çox kontakt və elektron poçtun məlumatlarını, həmçinin digər dataları saxlamasıdır.
Nyu-York Prokurorluğu hesab edir ki, Zukerberq və əməkdaşları insanların gizlilik hüququna məhəl qoymur və bu cinayətdir.
“Facebook”un rəsmiləri isə ittihamlarla razılaşmayıb və sona qədər hüquqlarını müdafiə edəcəklərini bildiriblər.