“Facebook” sosial şəbəkəsi və “WhatsApp” proqramının istifadəsində məhdudiyyət yaranıb.
Yenicag.az xəbər verir ki, saat 00:40 radələrindən etibarən azərbaycanlı istifadəçilər hər iki sosial şəbəkənin xidmətindən məhrum olub.
Nədən qaynaqlandığı bilinməyən problem təxminən 1 saatdan sonra aradan qaldırılıb.
Qeyd edək ki, “WhatsApp” “Facebook” şirkətinə məxsusdur.