Bir neçə ölkədə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə “Downdetector” servisinin saytında bildirilib.
Sosial şəbəkənin işində prpblem daha çox ABŞ, Niderland və Böyük Britaniyada müşahidə olunub.
“Facebook” istifadəçilərinin təxminən 43% -i hesablarına daxil ola bilmədiyi, digər 28% -i paylaşılan məıumatlara baxmaqda çətinlik çəkdiyi və 27% -i isə sosial şəbəkənin tamamilə bağlanması ilə bağlı şikayət edib.