FACİƏ! Ana qızlarını cib xərci üstündə güllələyərək öldürdü-Video

diyarbakir-da-aile-faciasi-7714023_x_300Türkiyədə dəhşətli hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin Diyarbakır vilayətində yaşanan hadisədə ana iki qızını qətlə yetirib.

Məlumata görə, cib xərci üstündə ana və qızlarının arasında mübahisə yaranıb. Daha sonra əsəb xəstəsi olduğu deyilən ana, 18 və 20 yaşlarında olan iki qıza tüfənglə atəş açıb. Nəticədə hər iki qız hadisə yerində dünyasını dəyişib.

Otağa daxil olaraq qızlarının cansız bədənini yerdə görən ata, mətbəxdən bıçaq götürərək arvadının boğazını kəsib və qadın da hadisə yerində ölüb.

Hadisəı yerinə gələn polislər tərəfindən ailə başçısını saxlanılıb.

Faktla bağlı araşdırma başlanıb.