Faciə! Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb

Naxçıvanda bir ailənin üç üzvü dəm qazından boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 6-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan Məleykə Seyidova, gəlini Sahibə və nəvəsi Səttar, Qubustan şəhərində yaşayan Aidə Əlverdiyeva evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.az