!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faciə! Partlayışda 2 oğlu və 6 nəvəsi öldü – Foto

!Reklam – Yazi

bombali-saldirida-6-torunuyla-2-oglunu-kaybet-8729455_300Yenicag.az xəbər verir ki, Qaziantepdə baş verən partayışda yaşlı qadın iki oğlunu və 6 nəvəsin itirib. Xına gecəsində yaşanan terror hadisəsi zamanı yaralanan 62 yaşındakı Fadile Urtekin 2 oğlu və 6 nəvəsi ölüb.

Qulaq pərdəsi partlayan və ayağından yaralanan yaşlı qadın acı xəbəri yerləşdirildiyi xəstəxanada öyrənib. Mətanəti ilə diqqət çəkən Urtekin, ailəsindən 8 adamı itirməsinə baxmayaraq, “Buna da şükür, Allaha şükürlər olsun, dövlətimizə şükürlər olsun” deyib.

Türkçe bilməyən Fadile Urtekin 11 il əvvəl Siirtin Pervari rayonundan Qaziantəpin köçdüyünü söyləyərək, “Evimdən 8 adam getdi, 2 oğlum öldü, 6 nəvəm öldü yenə də şükr edirəm. Allahın təqdiri belə imiş, Allaha şükürlər olsun, dövlətimizə şükürlər olsun” sözlərini vurğulayıb.

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv