Faciəvi qəza: Ailənin 7 üzvü öldü

Tacikistanın Lyaxş rayonunda yük maşınının yarğana düşməsi nəticəsində bir ailənin 5 yaşından 45 yaşınadək 7 üzvü həlak olub, daha 5 nəfər ağır yaralanıb. Onların ikisinin vəziyyəti ağırdır.

Yenicag.az xəbər verir ki, qəza rayonun Vahdat kəndinin sakinləri Şaripovlar ailəsinin kartof yığımından evə qayıdarkən baş verib.

İlkin məlumata görə, sürücü Sunnatulla Yusupov idarəetməni itirib və qəza baş verib. S.Yusupov da ağır vəziyyətdə xəstəxanadadır.