Yeni Zellandiyanın Vayt adasında vulkan püskürməsi baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin baş verdiyi səhər saatlarında adada 50 nəfər olub. İlkin məlumatlara görə, vulkan püskürməsi 5 nəfərin ölümünə, 23 nəfərin isə yaralanmasına səbəb olub.
Qeyd edək ki, ölü sayının artacağı gözlənilir. Çünki, 50 nəfərdən 22-si barədə hələ ki məlumat yoxdur.