Fahrettin Koca: “Yeni planların yaradılmasına ümid edirəm”

Türkiyə və Azərbaycan bölgədə getdikcə nüfuzunu artıran iki vacib güc mərkəzidir.

Yenicag.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimi zamanı deyib.

Nazir bildirib ki, Türkiyə həm COVID-19 pandemiyası, həm də İkinci Qarabağ müharibəsində Azərbaycanla çox sıx münasibətdə olub:

“Bu forumun mövcud əməkdaşlığımızı genişləndirməsinə və yeni planların yaradılmasına zəmin yaradacığına ümid edirəm”, – deyə F.Koca əlavə edib.