“Biz ən azı dörd ay işləməyən insanlarıq. Mən sonuncu dəfə bütöv toyu yanvar ayında idarə etmişəm. Yanvardan bu yana altı aydır ki, pul üzü görmürəm”.
Yenicag.az xəbər verir ki, bunu xalq artisti Faiq Ağayev özü açıqlamasında bildirib.
Sənətçi pandemiyaya görə toylara getməyən və sosial şəbəkələrdə pulsuzluqdan gileylənən həmkarlarını dəstəkləyib. O, həmin insanların toy biznesi ilə dolandıqlarını bildirib:
“31 illik sənət fəaliyyətimin 25 ilində heç olmasa, yavaş-yavaş özüm üçün nəsə saxlayırdım. Adam onu bir il xərcləyər, o da ən qənaətcil halda. Ondan sonra neyləyəcəyik? Buna görə də mən gileylənən insanlara heç nə deyə bilmərəm. Çox ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək. Neçə ay evdə qazancsız oturan həmkarlarım nəhayət ki, qazanc əldə edəcəklər”.
Qeyd edək ki, müğənni bu fikirləri İTV-nin efirində səsləndirib.
Cəvahir