Faiq Ağayev bahalı klipini üzə çıxardı – Təqdimata görün kimlər gəldi – FOTOLAR/VİDEO

Xalq artisti Faiq Ağayevin “Gözüm dəyməsin sənə” adlı mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasiminə meqa-starın sənət dostları da qatılıb.

Klipdə sənətçinin tərəf müqabili tanınmış aparıcı Afaq Gəncəli və Nərminə Məmmədzadədir. Mahnının musiqisi Nadir Nağdpula, sözləri isə Cavid Şahbazbəyova məxsusdur.

Rejissor Nail Naiboğlunun yozumunda ərsəyə gələn ekran işi son illərin ən bahalı klipidir. Bununla belə rejissor qiymət açıqlamayıb.

Klipdə Murad Dadaşov, rəqqasə Fatimə, Coşqun Rəhimov, Rafael İsgəndərov, Tünzalə Əliyeva, Ramil Nabran da rol alıb.

Xalq artisti gözə, nəzərə inandığını da deyib: “Göz, nəzər var və mən bunun şahidi olmuşam. Çəkiliş zamanı da bunun şahidi olduq. Elə şeylər oldu ki, yaxşı qurtardıq”.

Fərqli tərzdə çəkilən klip minifilm kimi qiymətləndirildi və maraqla qarşılandı.

Cəvahir

COP29