!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Faiq Ağayevdən İNANILMAZ ETİRAF: “Onu dəlicəsinə sevirəm”

!Reklam – Yazi

“Səhnəyə gəldiyim gündən inqilabçıyam, olmazları yıxanam”.

Yenicag.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev deyib.

O, sənətdə heç vaxt azadlığının qarşısına sipər çəkmədiyini, lakin şəxsi həyatında bunu etdiyini etiraf edib:

“Səhnəyə gəldiyim gündən inqilabçıyam, olmazları yıxanam. Mənə “olmaz” deyirlərsə və o olmazı lazımsız qəbul edirəmsə, təbii ki, üsyan edirəm. Çünki sənət adamı azad ruhlu olmalıdır. Onun ruhu heç vaxt qandallı olmamalıdır. Elə qadağalar var idi ki, göz qırpmadan sındırıb üstündən keçdim. Buna görə heç də heyfslənmirəm. O məni daha da güclü etdi. O, məni Faiq Ağayev etdi. Qorxu və qadağalarla mübarizə etməlisən, etməsən, onlar səni sındıracaq.

Sənətdə heç vaxt azadlığımın qabağına cəpər çəkməmişəm. Amma adi məişət həyatımda bunu etmişəm. O azadlığı qorumaq üçün sevgini qorumalısan. Qadağaları da qoyan cəmiyyətdir. Ona görə də cəmiyyətlə kompromisə gedirsən”.

Xalq artisti pandemiya dönəmində yaşadığı ağır günlərindən də danışıb:

“Onu çox sevirəm, dəlicəsinə… Onsuz həyatım necə keçərdi, təsəvvürümə gətirə bilmirəm. O, mənim həyatımın ayrılmaz və sevimli hissəsidir.

Hər həftə tamaşaçı ilə görüşən mənəm. Ona görə də pandemiya dönəmində həyatımın dadı qaçmışdı. Maşın sürmək, evdən çıxmaq qadağası məni o qədər sıxmadı, amma məni oxumamaq şəraiti çox sıxdı. Onda tək-tənha qalmışdım”.

Müğənni bu etirafları efirdə səsləndirib.

Cəvahir

www.yenicag.az

8322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv