!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Faiq Ağayevə böhtan atdılar

!Reklam – Yazi

faiqaga“Onlar adam deyillər, bir səy yığınıdı…”

Bu sözləri, xalq artisti Faiq Ağayev onun haqqında yalan məlumat yayan şəxslərə ünvanlayıb.

Belə ki, o, Yenicag.az-a verdiyi açıqlamada, konsertöncəsi kimlərinsə onun adından ucuz qiymətə dəvətnamələr satdığını deyib. Hələ bu azmış kimi, müğənninin konsertdə fonoqram ifa edəcəyi kimi daha bir şaiyə yayılıb. Xalq artisti, həmçinin, bu xəbəri yayanların onun düşmənləri olduğunu da bildirib.

Xatırladaq ki, hər il dekabr ayının 29-da, öz doğum günündə konsert proqramı ilə çıxış edən Faiq Ağayev, atasının vəfatı ilə əlaqədar 3 ildən çox idi ki, konsert vermirdi.

P.S. Bu dəqiqələrdə əldə etdiyimiz məlumata görə, bu gün televiziya kanallarının birinə dəvət alan müğənni, Xəzərdə baş verən faciə ilə bağlı verilişə çıxmaqdan imtina edib.

 

Zakirə Zakirqızı

Yenicag.az

 

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv