Faiq Kərimov Qubadlı və Zəngilan sakinləri ilə görüşə başladı — FOTOLAR

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Faiq Kərimiv təbliğat-təşvuqat kampaniyasına başlayıb.

Yenicag.az xəbər verir ki, Faiq Kərimov Masazırda yerləşən Zəngilan köçkün qəsəbəsində bir sıra görüşlər keçirib. Namizəd köçkün ailələrin evlərinə gedərək onların problemləri ilə maraqlanıb.

Bir neçə ailə ilə göşən Faiq Kərimov onların həqiqi vəkili olmağı üçün bu yola çıxdığını vurğulayıb. Görüş zamanı Zəngilan sakinləri F.Kərimovu yaxından tanıdıqlarını, onun fəaliyyətindən razı qaldıqlarını bildiriblər.

Eyni zamanda nəzərə çatdırılıb ki, uzun illərdir onları Milli Məclisdə layiqincə təmsil edən deputat olmayıb. Köçkünlər F.Kərimovun layiqli millət vəkili olacağına və hər zaman onların səsinə səs verəcəyinə inandıqlarını vurğulayıblar.
F.Kərimov görüş zamanı bildirib ki, Milli Məclisdə gənc köçkün ailələrinin problemlərinin həlli ilə bağlı müyyən proqramlar hazırlanıb. Əgər vəkillik səlahiyyəti ona verilsə, bu istiqəmətdə mühüm addımlar atar. Həmçinin F.Kərimov Qubadlı sakinləri ilə də görüşüb.

Görüşdə Qubadlıdan olan qazilər, müharibə veteranları, veteran polislər və rayon sakinləri iştirak ediblər. Sumqayıt şəhərində Qara İlyasov adına orta məktəbdə keçirlən görüş zamanı Qubadlı sakinlərinin problemləri ilə maraqlanıb.

F.Kərimov isti münasibətə görə təşəkkür edib və bu kimi görüşlərin davamlı olacağını vurğulayıb.

COP29