Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Fairmont qəhrəmanı" həbs edildi - QƏRAR/FOTOLAR

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq oteldə istirahət edən zaman “İnstagram” hesabından jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

Yenicag.az-ın məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, ona 20 sutka inzibati həbs cəzası verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Həbs cəzası verilən İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

Qeyd edək ki, “Fairmont Baku” otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” deyə müraciət ünvanlayıb.

Xatırladaq ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş vermişdi. Qəza iştirakçılarından biri də Babayev İsmayıl Fətulla oğlunun idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobil idi. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəymişdi.

www.yenicag.az

1761