Fevralın 22-si Azərbaycanda qarlı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində bəzi bölgələrdə, eləcə də Bakıda və Abşeron yarımadasında yağan qarın fasilə yaratdığı qeyd edilib.
Lakin digər rayonlarda qar yağışı fasiləsiz davam edir. Zaqatalanın dağlıq ərazilərində qarın hündürlüyü 80 sm-ə çatıb. Şəki, Oğuz, Balakən, Qəbələ, Şamaxı, Şahbuz, Naxçıvan, Gədəbəy, Sabirabad, Lerik və digər bölgələrdə qarın hündürlüyü 10-50 sm arasında dəyişir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyə qədər şaxta, dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.
Qar yağışının axşam saatlarından sonra yenidən güclənməsi gözlənilir. Bu səbəbdən, sürücülərin və sakinlərin ehtiyatlı olmaları tövsiyə olunur.