Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, martın 2-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şərq rayonlarında intensiv olub.
Şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 30, Neftçalada 28, Çilov adasında 27, Sumqayıt, Balakəndə 25, Pirallahı, Neft Daşlarında 26, Tərtərdə 23, Naftalan, Zabratda 22, Ələt, Ağstafa, Tovuzda 20, Altıağac, Binədə 19, Xaçmaz, Salyan, Ağdərədə 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.
Düşən yağıntının miqdarı Lənkəranda 29, Astarada 28, Zərdab, İmşlidə 14, Beyləqanda 12, Yardımlı, Lerikdə 9, Kürdəmir, Neftçalada 8, Sabirabadda 7, Cəfərxanda 5, Bərdədə 4, Tərtər, Salyan, Biləsuvarda 3, Göyçayda 2, Mingəçevir, Kişçay(Şəki), Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıq, Qrız, Qusarda 1, Bakıda və Abşeron yarımadasında 2 mm olub.
Qar örtüyünün hündürlüyü Lerikdə 18, Qrızda 17, Sarıbaşda (Qax) 12, Yardımlıda 8, Xınalıqda 4, Daşkəsən və Göygöldə 1 sm-ə çatıb.
Havanının minimal temperaturu dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta olub.
Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. Martın 3-ü gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.