FAKTİKİ HAVA: Bu bölgələrdə şimşək çaxdı, yağış yağdı

İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Bunu Yenicag.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndindən, Goranboy rayonu ərazisində Gorançaydan və Böylü qəsəbəsindən sel keçib. Axşam saat 16:10 radələrində Göygöl rayonuna xırdadənəli, Şərura saat 17:55, 17:58 radələrində diametri 5 mm olan dolu düşüb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 22 m/s-yə çatıb.