Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

FAKTİKİ HAVA: Əksər rayonlarda qar və yağış yağıb

Gözlənildiyi kimi ölkə ərazisində yağıntılar davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 11-i saat 21:00-a əsasən Daşkəsən, Göygöl, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.

Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.

Loading...

www.yenicag.az

181
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100