“Fani” siklonu 33 can aldı

Hindistanın Odişa ştatında “Fani” qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb, 300-dən artıq insan isə xəsarət alıb.

Yenicag.az xəbər verir ki, Hindistan höküməti artıq 10 min kənddə və 52 şəhər rayonlarında bərpa işlərinə başlayıb. Bərpa işlərində 60 minə yaxın könüllü iştirak edir.

Siklonun məhv etdiyi infrastrukturun bərpasına 173 min dollardan artıq vəsait tələb olunur.