Fantastik bahalaşma: Bu ölkədə benzinin qiyməti iki dəfə qalxdı

Səudiyyə Ərəbistanında benzinin qiyməti fantastik dərəcədə qalxıb.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, 91 oktan benzin 0,75 rialdan 82% artımla 1,37 riala (0,62 manat), 95 oktan benzinin qiyməti 0,9 rialdan 126% artımla 2,04 riala ( 0,92 manata) yüksəlib.

Qiymətlərin artırılmasına isə enerji istifadəsinin effektivliyini artırmaq və ölkədə açıqlanan nəhəng islahatlar paketi üçün mənbə yaratmaq səbəb olub.