Fariz Əliyevə ARB TV-də vəzifə verilib? – Kanaldan RƏSMİ AÇIQLAMA

Ötən gün ssenarist Fariz Əliyevin ARB TV-də baş produsser vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən ARB TV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bu məlumatı təkzib edib.

“Hazırda ARB TV-də baş produsser vəzifəsi yoxdur. Təyinat xəbəri yayılan ssenarist Fariz Əliyev ARB TV-də çalışmır. O, yalnız efirimizdə yayımlanan “Baldız” və “Söhbət var” kimi prodakşn layihələrində çalışır”.