Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin təbliğat – təşviqat kampaniyası çərçivəsində, 77 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd cənab Fariz İsmayılzadə Lənkəran şəhər Mədəniyyət Mərkəzində və Şıxakəran kənd “Səccad” çay evində seçicilər ilə görüşlər keçirmişdir.
Görüşlər zamanı, Lənkəran şəhər seçki dairəsindən namizəd cənab Fariz İsmayılzadə ilə tanışlıq baş tutmuş, namizədin vəkilləri – ziyalı alimlər Güloğlan Bağırov, Zaur İbrahimov və Ağacəfər Fətullayev ictimaiyyətə təqdim edilmiş, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında məlumat verilmişdir. Ziyalılarla görüş zamanı, Lənkəranlı seçicilərin problemləri və təklifləri dinlənilmiş, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılmışdır.
Milli Məclisə keçiriləcək seçkilərin təbliğat – təşviqat kampaniyası çərçivəsində, namizəd cənab Fariz İsmayılzadənin avqust ayı ərzində Lənkəranlı seçicilər ilə bir sıra görüşləri keçiriləcəkdir.