!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fars şovinizminə susan DİN XADİMLƏRİ - "İranın bütün gücü Azərbaycana qarşı mübarizəyə səfərbər olunub" - POLİTOLOQ

!Reklam – Yazi

“QMİ totalitar rejimin Azərbaycana qarşı hücumuna susur”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dəyərləndirən politoloq Xəqani Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, son hadisələr totalitar rejimin təbliğat maşınının bütün gücünün Azərbaycan dövlətinə qarşı mübarizəyə səfərbər olunduğu açıq görünür. Azərbaycan dövləti ilə yanaşı, prezident İlham Əliyev də totalitar İran rejiminin təbliğat maşınının hədəfindədir:

“Din pərdəsi altında gizlənmiş fars şovinizminin təbliğatını ifşa etməli olan Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərləri isə susurlar. Azərbaycana qarşı Tehranın molla rejiminin səlib yürüşünün başında duran İranın ali dini lideri Seyid Əli Xameneyinin Bakıdakı nümayəndəsi Ocaq Necatın fəaliyyətinə gec də olsa son verilməsi tamamilə doğrudur. Ancaq bu, yetərli deyil.

Qafqaz Müsəlmanları İdarəsi 1832-ci ildə Rus İmperiyasının müstəmləkəçi üsul-idarəsinin tərkib hissəsi kimi yaranıb. Təəssüf ki, müstəqillik illərində Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində keyfiyyət dəyişikliyi baş vermədi. Hətta müəyyən deqredasiya müşahidə olunur. Şeyxülislam Allahşükür Paşazadənin Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”- deməsi bu deqredasiyanın nəticəsidir. Qarabağın islam torpağı olduğunu iddia edən Xameneyinin sözlərini təkrarlayan Şeyx bununla İranın dini liderinin Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğunu şübhə altına aldığını ya dərk etmir, ya da “lider”inin mövqeyini dəstəkləyir.

Qafqaz Müsəlmanları İdarəsini ləğv edərək, səlahiyyətlərini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, bələdiyyələr və ibadət mərkəzləri arasında bölməklə, daha uğurlu nəticəyə nail olmaq olar”.

Gülşən Şərif

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv