!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fasiləsiz ağır fiziki işin FƏSADLARI: “Dünyada gündəlik iş müddəti maksimum 8 saat olsa da…”

!Reklam – Yazi

“Bəzi müəssisələrdə işçilərin 12 saat işlədilməsi ilə bağlı müddəanın əmək müqavilələrindən çıxarılması vacibdir”.

Azərbsycanda işləyən vətəndaşların bir qisminin gündəlik iş müddəti 9 və ya 12 saat olsa da, onlar iş yerlərinin itirməmək qorxusu altında buna etiraz edə bilmirlər. Əslində isə gündəlik normal iş vaxtının müddəti gündə 8 saat və həftədə 40 saatdan artıq ola bilməz.

Lakin bu gün bir çox sahələrdə, əsasən də özəl sektorlarda hətta 13-14 saatlıq iş rejimi də mövcuddur. Məsələn, satıcılar, xadimələr, mühasiblər, müəllimlər, sosial sahədə işləyən insanlar bu kateqoriyaya daxildirlər. Bəs görəsən, normadan artıq işləmək hansı əks təsirlərə malikdir?

Psixoloq İlahə Dadaşova Yenicag.az-a açıqlamasında insanların fiziki işlə həddən artıq yüklənməsinin zərərlərindən danışıb. Onun sözlərinə görə, normadan artıq işləyən insanlarda yaranan psixoloji gərginlik orqanizmə ciddi zərər vurur:

“İstirahətin iş rejiminə uyğun tənzimlənməsi mütləqdir. İş həyatında “emosional yanma sindromu”nun yaranmaması və monotonluğun qarşısını almaq üçün aktiv istirahət zəruridir.

Normadan artıq işləmək müəyyən psixoloji problemlərin yaranmasına və stressin orqanizmə təsirini daha da gücləndirir”.

Psixoloq vurğulayır ki, gündəlik normal iş vaxtının müddəti fərdi prosesdir və bu məsələdə hər bir insan özünü tənzimləməlidir:

“Hər bir insan öz orqanizminə uyğun iş saatı üzrə çalışmalıdır. Ümumilikdə iş məsələsində qanunla tənzimlənməli olan bir sıra amillər var.

Bəzi müəssisələrdə işçilər 12 saat işlədilir və müqavilədə işçinin bu iş saatı ilə razılaşdığı bildirilir. Bu müddəanın əmək müqavilələrindən çıxarılması vacibdir.

Dünya praktikasında iş müddəti 8 saatdan az götürülür. Yaxın gələcəkdə ölkəmizdə də bu məsələ müzakirə mövzusu olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

2129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv