“Fast food”un tarixi 2 min il əvvələ aiddir? – Maraqlı tapıntı/FOTO

İtaliyanın ən qədim antik dövrə aid şəhəri olan Pompeydə aparılan qazıntılar nəticəsində maraqlı tapıntılar əldə edilib.

Yenicag.az xəbər verir ki, bu tapıntılar ayaqüstü tez yemək mədəniyyəti tarixinin 2 min il əvvələ aid olduğunu aşkarlayıb. Arxeoloqlar, Qədim Romalılar tərəfindən “thermopolium” olaraq adlandırılan və ayaqüstü yemək yeyilən məkanlardan birində yaxşı vəziyyətdə saxlanılmış freska nümunələrini tapıblar. Bu nümunələrin tarixiliyi bir daha sübut edib ki, evlərində nadir hallarda yemək bişirmək imkanı olmayan kasıb təbəqənin nümayəndələri bu cür vasitələrdən istifadə etməklə, öz işlərini asanladıblar.

Menyularda isə duzlu balıq, bişmiş pendir, mərci, çörək və ədviyyatlı şərab daha çox istifadə olunub. Pompeyin müxtəlif ərazilərində 150-yə qədər thermopolium aşkarlanıb. Qədim Romada bu tip məkanlara əsasən, liman şəhərləri kimi hərəkətliliyin çox olduğu bölgələrdə rast gəlinir.

Qeyd edək ki, eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan bu şəhər hal-hazırda İtaliyanın ən məşhur turist mərkəzlərindən biridir.

 

Tahirə Nur

COP29