Antalya mərkəzli, “15 Iyul Vətən Şəhidləri Dərnəyi” məhşur teleaparıcı Fatih Portağal barəsində şikayət ünvanlayıb.
Yenicag.az xəbər verir ki, dərnək aparıcını terrorçu qrupıaşmaları hərəkətə çağırmaqda ittiham edib.
Dərnək sədri Məltəm Qılıc, Portağalın 10 dekabr tarixində yayımlanan çıxışını cinayət adlandıraraq Antalya məhkəməsinə şikayət edib.
Qeyd edək ki, Fatih Portağal “Fox Tv”də yayımlanan “Ana Xəbər” buraxılışı zamanı Fransada baş verən iğtişaşlarla bağlı süjetdən sonra, “Türkiyədə belə etirazlar ola bilməz. Ola bilər deyirsizsə gəlin çıxaq. Məsələn təbii qaz qiymətlərində olan artımı boykot edək. Kim çıxacaq? Heç kim. Məni döyərlər, əzərlər və s. bəhanələr gətiriləcək” – deyə bildirib.
Bütün bunlara Məltəm Qılıc sərt reaksiya verib:
“Fatih Portağal hər kəsi aksiyalara fəvət edib. Bundan başqa Türkiyə dövlətini aciz göstərərək təhqir edib. Həm də, terrorçu qrupları küçələrə səsləmişdir. Bütün bunlar toplum təhlükəsizliyi baxımından böyük bir günahdır və mütləq cəzalandırılmalıdır”.