Fatih Terimə sürpriz təklif

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim karyerasını ölkə xaricində davam etdirə bilər.

Yenicag.az xəbər verir ki, İranın “İstiqlal” komandası təcrübəli mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə məlumatı klub rəsmisi Rza İftikari açıqlamasında deyib.

O bildirib ki, “İmperator” ləqəbli çalışdırıcı ilə hazırda danışıqlar davam edir. Terim müsbət cavab verəcəyi halda, tərəflər arasında sözləşmə imzalanacaq.