İqor Tudorla yollarını ayıran “Qalatasaray”ın Fatih Terimlə anlaşdığını xəbər vermişdik.
Yenicag.az xarici türk mətbuatına istinadən bildirir ki, “İmperator” ləqəbli çalışdırıcının “sarı-qırmızılar”dakı köməkçiləri bəlli olub.
Ona bu işdə Hasan Şaş və isveçli Yohan Elmander yardım edəcək.
Qeyd edək ki, hər iki şəxs vaxtı ilə “Qalatasaray”da oynayıblar.