Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Fatimə HACIBƏYLİ: İxtisasca jurnalist olmayanlar…

10380275_824824250910427_6661661710468839749_nİndiki peşə fəaliyyətimi valideynlərimin razılığı ilə seçdim. Bu onların istəyi idi. Mənim isə hələ uşaq yaşlarından həvəsim jurnalist olmaq idi. Anam isə məni həkim görmək istəyirdi. Bunun özəl səbəbi də vardı. Anamın doğmaları tibb sahəsində çalışırdı deyə, anam da mənim həkim görmək istəyirdi. Ailəm də jurnalist olmağıma razı deyildi. Lakin nə anam deyən oldu, nə də mən istədiyim. Qəribə paradokslar hökm sürürdü. Sonda anamın məsləhəti ilə ingilis dili ixtisasına yiyələndim.
Amma sevdiyim və mənə əlcatmaz olan jurnalist peşəsinə xəyal kimi baxmaqda davam edirdım. Düşünürdüm ki, bir gün bu da olacaq. Çünki həyatda istəyimə nail olan insanam.
Beləliklə, çoxunun çəkindiyi 4-cü hakimiyyət hesab etdiyi jurnalistika sahəsində işləməyə başladım və mənə bu işdə Şöhrət Eldəniz kömək oldu.
Mətbuat elə bir dünyadır ki, insandan dürüstluk tələb edir. Jurnalist obyektiv olmalıdır. Bu sahədə peşəkarlar var ki , hər zaman onlardan nəsə öyrənməyə çalişmışam. Ancaq çox təəssüf ki, bu sahənin üz qaraları da var. Yəni söhbət reket jurnalistikadan gedir. Ancaq kimin nə cür jurnalist olduğunu ictimaiyyətin gözü müəyyən edir.
Bəzən ixtisasca jurnalist olmayanlar cəmiyyətdə bir mənalı qəbul edilmir. Ancaq unutmayaq ki, Azad Şərifov hələ Sovet dönəmində “İzvestiya” qəzetində çalışarkən o Yaxın Şərq və Türkiyə üzrə müxbir işləyib. Halbuki, onun jurnalist təhsili olmayıb. Yaxud Valid Sənani – onun ixtisası coğrafiya idi. Amma indi bunu kütləvi hala salıblar. Kim gəldi özünü jurnalist adlandırır. Bunun da səbəbi odur ki, söz və mətbuat azadlığını atmışıq ortaya və təbiidir ki, bundan istifadə edənlər var.
Həyatda, cəmiyyətdə və yaxud, hər hansı sahəsdə baş verən çatışmazlıqları, neqativ halları tənqid etmək, araşdırmaq, bu barədə televiziya və radio məkanından faktlar əsasında informasiyanı yaymaqdır.
Çünki bunları “dördüncü hakimiyyət”dən başqa, heç kəs edə bilməz. Bu, adi vətəndaşın görəcəyi iş deyil. Əslində, jurnalist mövcud olan nöqsanları, çatışmazlıqları dəyişmək iqtidarında deyil, amma “dördüncü hakimiyyət” kimi ictimaiyyəti məlumatlandırmaq və cəmiyyətin, vətəndaşların diqqətini buna cəlb etmək iqtidarına malikdir. Bir sözlə, jurnalist cəmiyyətin görən gözü, eşidən qulağıdır. O, yerindən, zamanından asılı olmayaraq ətrafda baş verən hadisələrə münasibət bildirir və bu hadisələrin içində olur.
Bayramınız Mübarək əziz həmkarlar…!

www.yenicag.az

767