!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fatiməni məhkəməyə verən Nazilə: “Həm üzr istəyəcək, həm də külli miqdarda təzminat ödəyəcək”

!Reklam – Yazi

Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal məhkəmə ilə nəticələnib.

Yenicag.az-a açıqlama verən Nazilə qarşı tərəfdən külli miqdarda təzminat tələb etdiyini bildirib:

“Mən canlı yayım edib martın 19-dan 28-nə qədər ona vaxt verdim ki, məndən üzr istəsin. Bunu etmədi. Hələ gedib orada-burada danışdı ki, Nazilə kimdir, mən ondan üzr istəyim, onu Allah vurmuşdu və sairə bu kimi sözlər… Mən də onu verdim məhkəməyə, qanuni yolla məsələ həllini tapacaq. Onu da deyim ki, mən onu özümə rəqib görmürəm, heç onun adını da çəkməmişəm. O mənə həm maddi, həm mənəvi ziyan vurub. Həm biznesimə mənfi ziyan vurub, həm də şərəf və ləyaqətimə toxunub. Həm üzr istəyəcək, həm də külli miqdarda təzminat ödəyəcək”.

Cəvahir

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv