!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fatimənin Şəhidlər Xiyabanındakı rəqsi ətrafında QALMAQAL - Xalq artistindən ağır sözlər - VİDEO

!Reklam – Yazi

Rəqqasə Fatimə Fətəliyevanın Şəhidlər Xiyabanında rəqsi ətrafında qalmaqal səngimək bilmir. Onun “Cümhuriyyət süitası” adlı klipindəki rəqsi şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov bu rəqsi şəhidlərin ruhuna sayğısızlıq hesab etdiyini deyib:

“Şəhid adı müqəddəsdir, onların uyuduğu məzar ziyarətgahdır. Orada rəqs etmək onların ruhuna hörmətsizlikdir. Nəinki hörmətsizlik, bu, şəhidlərin ruhunu təhqir etməkdir. Belə həddi aşan sənətçilərə qarşı müvafiq idarələr tərəfindən tədbirlər görülməlidir. O, klipə xərclədiyi 15 min pulu elə aparıb şəhid ailəsinə verəydi. Fatimə bilsin ki, onun bu gün sağ qalması üçün o şəhidlər əbədiyyətə qovuşublar. Onların ruhu ayağa qalxıb ondan hesab soracaq. Şəhidlərin uyuduğu məzarda, “Əbədi Məşəl”in önündə rəqs etmək nə deməkdir? Dəxli yoxdur, sən hansı mövzuda klip çəkdirirsən. Oynamaq istəyirsənsə, çıx Qız Qalasının başında oyna. Ümumiyyətlə, son vaxtlar rəqqasələr, ucuz müğənnilər ortaya düşüb xalqın zövqünü korlamaqla məşğuldurlar. Günah onları və onların çəkdirdiyi səviyyəsiz klipləri efirlərə buraxanlardadır. Buna əncam çəkilməlidir.

 

Tanınmış aparıcı Şəbnəm Turanın da fikirləri sərt olub:

“Ümumiyyətlə, şou-biznes nümayəndələrimizin sosial təbliğatı sıfır səviyyədədir. Vətənpərvərlik mövzusu adı ilə kliplər çəkdirib, özlərini reklam edirlər. Mən də şəhidlərin uyuduğu məzarlıq yaxınlığında Fatimənin rəqsini qəbul etmirəm. Əlbəttə, bu, şəhid ruhuna hörmətsizlikdir. Şəhid ailələrini nəzərə almaq lazım idi. Axı onların əzizlərinin ruhu orada uyuyur. Ümumiyyətlə, belə məqamlarda həssas olmaq lazımdır. Aygün Kazımova da bir dəfə alt geyiminə bayraq həkk etmişdi”.

“Cümhuriyyət süitası”nın müəllifi, bəstəkar Nailə Mirməmmədli saytımıza açıqlamasında fikirlərini belə əsaslandırıb:

“Bu, igidliyi, qəhrəmanlığı tərənnüm edən bir musiqidir. Rəqsin dili ilə Fatimə bu məqamı insanlara çatdırıb. Əsgərlərlə birgə oynayıb. Belə də ki, Fatimə “Tərəkəmə” rəqsinə rəqs etməyib ki? Öyrəniblər e, yaxşı bir iş çıxaranda da onu tənqid etməyə”.

Cəvahir

www.yenicag.az

7493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv