!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fatiməylə qırğına çıxan Xatun od püskürdü: “Yaltaq, xəbərçi...”

!Reklam – Yazi

Xatunun İnstagram hesabında paylaşdığı silikon dodaqlı oğlan şəkli və altında ad çəkmədən ünvanlı yazdığı açıqlama onu rəqqasə Fatimə ilə düşmən edib. Belə ki, Xatunun paylaşımını özünə aid edən rəqqasə də öz növbəsində ad çəkmədən sosial hesabından məhkəmə ilə hədələyib. Üstüörtülü “müharibə” hazırda açıq şəkildə davam etməkdədir.

Yayılan xəbərlərə görə, məhkəmə adını eşidən Xatun qorxaraq geri addım atıb.

Yenicag.az-a açıqlama verən müğənninin prodüseri Azər Nəsibov məsələyə aydınlıq gətirib və xəbərin yalan olduğunu bildirib:

“Xatun xanımı tanıyan tanıyır. Qorxub geri addım atmaq onun xarakterinə ziddir. Qorxsaydı, ən azı paylaşımını silərdi. Rəyləri bağlamağına səbəb isə izləyicilərin qarşı tərəf haqda yazdıqları həddən artıq mənfi fikirlər idi. Bir halda ki, Fatimə xanım paylaşımı özünə götürüb və məhkəməyə baş vuracaq, buyursun. Xatunla Fatimənin münasibətlərinin korlanmasına səbəb bir vaxtlar Fatimə xanımın yanında çalışan, arada söz aparıb-gətirənlərdir. Onların rəfiqəliklərinə həsəd aparanlar çox idi. Sonda arzularına çatıb aralarını vurdular. Bunu Fatimə xanıma yaxın olan sənət adamları da deyiblər. Bu məsələdə xəbərçilik və yaltaqlıq edənlər də cavab verəcəklər!”

Cəvahir

www.yenicag.az

7535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv