Fatma Mahmudovadan onu ittiham edən Ramala: “Söymüşəmsə…” – AÇIQLAMA

Müğənni Ramal İsrafilovun xalq artisti Fatma Mahmudovanın “Maşın” şounu söyüşə görə tərk etməsi ilə bağlı iddiasına qarşı tərəf çavab verib.

Yenicag.az-a açıqlama verən F.Mahmudova Ramalın dediklərini təkzib edib:

“Uşaqdır, ona nə deyim? Nə saçıma, nə də başıma yaraşmaz ki, söyüş söyüm. Orda hamı bir-biri ilə zarafat edirdi, mən də etmişəm. Bunu qalmaqala çevirmək lazım deyil. Söymüşəmsə, çıxartsın ortaya. Orda mənim xətrimə dəyən də olmayıb. Xəstə adamam, əsəbiləşmişəm, özüm əlimi götürüb ordan çıxmışam. Mən yenə də onu çox istəyirəm. Allah canını sağ eləsin”.

Qeyd edək ki, R.İsrafilov Oxu.az-a müsahibəsində belə deyib:

“Hər dəfə o xanım ağzına nalayiq söyuşlər alıb, dilə gətirəndə, əlimi mikrofonun üstünə qoyub, ona xəbərdarlıq edirdim. Amma bunu bir-iki gün başa düşsə də, sonra yenə də öz bildiyini edib, biədəb söyüşlər işlədirdi. Keçirdi Niyamın yanına, iştirakçıları söyürdü, onları təhqir edirdi. Murad Dadaşov isə yaxınlaşıb deyirdi ki, üstünüzdə mikrofon var. Buna görə də o əlini götürüb “Maşın”dan çıxdı, getdi. Fatma xanımın şou ərzində işlətdiyi söyüşlər tarixə yazılmamış söyüşlərdir”.

Cəvahir

COP29