Fazil Məmmədov haradadır? – AÇIQLAMA

Sabiq vergilər naziri Fazil Məmmədovun Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunması ilə bağlı xəbər yayılıb.

Yenicag.az xəstəxana ilə əlaqə saxlayıb. Baş həkim İlkin İsmayılov yayılan xəbəri təkzib edib:

“Yanlış məlumatdır, bizim xəstəxanaya belə bir şəxs müraciət etməyib. Xəstəxananın adından bu cür xəbərin yayılması yolverilməzdir”.

Qeyd edək ki, dünən sabiq nazirin Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi ilə bağlı xəbər yayılmış, xəstəxananın qeydiyyat şöbəsindən isə bu xəbərin yalan olduğu bildirilmişdi.

Cəvahir

COP29