Fazil Məmmədov konkret tapşırıqlar verdi

trend_vergiler_forum_090215_01“Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib”.

Yeniçağ.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı nazir Fazil Məmmədov deyib.

Nazir bildirib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

Kollegiya iclasında Vergi Məcəlləsində dəyişikliklərdən irəli gələn məsələlərlə bağlı müzakirələr aparılıb, real vergi potensialının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi, vergi bazasının genişləndirilməsi, habelə uçot və risklərin idarə edilməsi sahələrində nəzarətin gücləndirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mövcud vəziyyət ətraflı müzakirə edilib.

Kollegiyada “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı Tədbirlər Planı” qəbul edilib.

Kollegiya iclasında yekun nitqi ilə çıxış edən F.Məmmədov Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icrasının təmin olunması məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi, nazir müavinlərinin və bir sıra qurum rəhbərlərinin də daxil olduğu İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı konkret tapşırıqlar verib.

Yeniçağ.Az

COP29