Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Fazil Məmmədov vəzifəsindən istefa verdi

Reklam: High Technic

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

Yenicag.az-ın məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi yazıb.

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Qurumda prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib. N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir./Report/

www.yenicag.az

5448
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS