Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirildi

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Bu barədə Yenicag.az-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.