!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşdi - YENİLƏNDİ

!Reklam – Yazi

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

Bu barədə Yenicag.az-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

09:12

Sabiq vergilər naziri Fazil Məmmədov ötən gecə Türkiyədə dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Eks-nazir bir müddət idi Türkiyədə müalicə olunurdu. O, Bakıda dəfn ediləcək.

***

Sabiq nazirin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv