!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Məmmədovun yaxın qohumunun həbsi ilə bağlı YENİ TƏFƏRRÜTLAR – “Boz kardinal” necə “sığortalanıb”?

!Reklam – Yazi

Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın qohumunun həbsinə dair yeni detallar məlum olub.

Yenicag.az-a daxil olan məlumata görə, Fazil Məmmədovun bacısı Rəsalə Məmmədovanın kürəkəni Vüsal Əliyev vergi yoxlamalarının nəticələri əsasında həbs edilib.

Qeyd etmək lazımdır ki, Vüsal Əliyevin qaynatası ləğv olunmuş Vergilər Nazirliyində Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin “boz kardinalı” hesab edilən, “kəsdiyi başa sorğu-sual olmayan” Namiq Məhi oğlu Quliyevdir.

Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə vergidən yayınmaq məqsədilə öz şirkətlərini məhz kürəkəni Vüsal Əliyevin adına qeydiyyatdan keçirib.

Əldə etdiyimiz məlumata əsasən, qaynatasının qurduğu “sığortalayıcı kombinasiya” üzündən gözaltına alınan Vüsal Əliyev Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcritxanasında saxlanılır.

Qeyd edək ki, bir müddət əvvələ qədər “AtaBank”ın Müşahidə Şurasının sədri postunu tutan Dəyanət Quliyev (Namiq Quliyevin oğlu) bankda vəziyyət ağırlaşdığı zaman məsuliyyətdən yayındırılmaq üçün başqa işə keçirilib.

Vüsal Quliyevin adına qeydiyyatdan keçirilmiş şirkətlərdə isə külli miqdarda yeyintiyə yol verildiyi aşkarlanıb. Eyni zamanda, Vüsal Əliyevin adına olan 3 şirkətdə 15 milyon manat həcmində vergidən yayınma faktı müəyyən edilib.

Əslində, bu, Vüsal Əliyevin vergidən təkbaşına yayındıra biləcəyi bir məbləğ deyil. O səbəbdən, “AtaBank” işi çərçivəsində yeni həbslərin həyata keçiriləcəyi gözlənilir.

Səxavət Məmməd

www.yenicag.az

1286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv