Fazil Mustafa 25 milyardlıq pozuntudan danışdı: “Bu, cinayətdir”

“Ləğv olunan tenderlərin hansı sahələri əhatə etdiyinə dair məlumatlar niyə açıqlanmır?”

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı ətrafında müzakirələrdə çıxış edən deputat Fazil Mustafa deyib.

Fazil Mustafanın sözlərinə görə, hesabatda ciddi nöqsanlar öz əksini tapsa da, bəzi məsələlərdə konkretliyin olmaması ciddi qüsur kimi qəbul olunmalıdır:

“Hesabatda 70-dən çox tenderin ləğv olunması haqqında məlumat var. Ancaq göstərilmir ki, söhbət hansı tenderlərdən gedir və orada kimlər iştirak ediblər. Digər pozuntuların olması dövlət satınalmaları ilə bağlıdır. Buradakı rəqəm çox böyük bir rəqəmdir. Ümumiyyətlə, bu satınalmalarla bağlı 25 milyardlıq pozuntu məsələsi var. Bunun özü çox böyük cinayətdir və bütün bu məsələlərə aydınlıq gətirilməlidir

A.Zeynalov

COP29