!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Mustafa: "Azərbaycanda kitab biznesi çox bahalıdır"

!Reklam – Yazi

Millət vəkili Azərbaycanda kitab satışına normal şərait yaradılmasını təklif edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa çıxışını əsasən, ölkədəki kitab satışı və kitab biznesi üzərində qurub.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda kitab biznesi ilə məşğul olmaq üçün normal şərait yoxdur:

“Hər kəs bilir ki, Azərbaycanda kitab biznesi çox bahalıdır. Ümumiyyətlə, bu biznes sahibkarlara ziyan gətirir. Gürcüstan və Belarusda kitab satışına çox önəm verilir. Hətta Belarusda kitab satan dükanlar icarə və digər xərclərdən azad edilirlər. Bu da onun üçün edilir ki, ölkədə mütaliyə olmasa, yeni nəsil, əhali kitab oxumasa, savadsızlıq baş alıb gedər. Buna yol verməmək üçün kitab satışını stimullaşdırırlar. Çox təəssüf ki, Azərbaycanda belə bir şərait yoxdur. Təklif edirəm ki, ölkədə kitab biznesini stimullaşdırmaq üçün ciddi addımlar atılsın”.

www.yenicag.az

2772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv