!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Mustafa dəhşətli qəzadan danışdı: “Məsələnin kökü budur”

!Reklam – Yazi

скачанные файлы (1)“Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi kimi başqa qəzaların olmaması üçün geniş təbliğat işi aparılmalıdır”.

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.

O, bildirib ki, bütün sürücülər avtomobil idarə edərkən ehtiyatlı olmalıdır: “Demək olar ki, bütün yollara kameralar və digər vasitələr quraşdırılıb. Onların vasitəsilə sürücülərə nəzarət olunur. Amma hər sürücünün yanına bir polis nəzarətçisinin oturması və ona nəzarət etməsi mümkün deyil. Ona görə də qaydaların pozulmaması və sürətin aşağı salınması ilə bağlı geniş təbliğat aparılmalıdır. Onsuz da inzibati qaydalarda kameralar hadisələri çəkir. Qəza və ya xəta baş verirsə, ona hər an reaksiya verilib cərimələr kəsilir. Ümumiyyətlə, bəzi yollarda sürət həddinin aşılmaması və sürücülərin daim diqqətli olması aparılan təbliğatla bağlıdır. Sürücülər hər zaman özlərini ələ almağı bacarmalıdır. Məsələnin kökü budur. Yoxsa bu cür hadisələrin qarşısını almaq olmaz”.

Fazil Mustafa Sumqayıt yolunda və başqa yerlərdə çəkilən dəmir arakəsmələrə görə qəzaların ağır olması, həmin dəmirlərin “ət maşını” rolunu oynaması məsələsinə də münasibət bildirib: “Həmin yollar daşdan hörülsə belə yenə də müəyyən məsələlər qalacaq. Ona görə ən yaxşısı diqqətlə sürməkdir. Bunun üçün də təbliğat aparılmalıdır. Yoxsa dəmiri dəyişib daş və yaxud heç bir şey qoymasan belə qəzalar olacaq. Belə ki, yolda heç nə olmadığı halda belə sürətlə gələn maşın bu yoldan digərinə keçəcək. Nəticədə də qarşıdan gələn maşınla toqquşacaq. Ona görə də qəzanın nəticələrini proqnazlaşdırmaq mümkün deyil. Bu baxımdan da sürücülər diqqətli olmalıdır. Avtomobil sürənlər nəzarət eləsinlər ki, problem yaşamasınlar”.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda (“Saray postu”na çatmamış) ağır yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, 10-u yaralanıb(aznews).

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv