Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb.
Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.
O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.
***23:48
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.
Yenicag.az xəbər verir ki, deputat Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisədən xəbər tutan siyasətçilər, ictimaiyyət nümayəndələri xəstəxananın qabağına yığışıb.
***
Parlamentin vitse-spikeri Adil Əliyev xəstəxanaya gəlib./Qafqazinfo/