!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Mustafa: “Konfliktin yanlış adla adlandırılması diqqətsizlikdən irəli gələn bir amildir”

!Reklam – Yazi

54336Azərbaycanda, hətta rəsmi səviyyələrdə belə bir çox hallarda Ermənistanın Azərbaycana qarşı təcavüzü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adı altında təqdim olunur. Halbuki münaqişə İrəvanın torpaqlarımıza təcavüz etməsi nəticəsində Ermənistanla Azərbaycan arasında gedir.

Görəsən, konfliktin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi şəklində təqdim olunması nə dərəcədə məntiqlidir?

AMİP sədrinin müavini Elşən Mustafayev Yenicag.az-a açıqlamasında münaqişənin məhz yuxarıda qeyd olunan şəkildə adlandırılmasının doğru olmadığını bildirdi:

Elşən Mustafayev ile ilgili görsel sonucu“Açığı mən də münaqişənin məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti kimi təqdim edilməsinə təəccüb etmişəm. Biz həmişə konflikti Ermənistan Azərbaycan münaqişəsi kimi təqdim etmişik. Torpaqlarımızı işğal edən İrəvandırsa, danışıqlar da Ermənistanla aparılırsa və Azərbaycan doğru olaraq Dağlıq Qarabağdakı separatçıları tərəf kimi qəbul etmirsə, konflikti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi kimi qələmə vermək doğru yanaşma deyil. Hər şeyi adı ilə çağırmaq lazımdır. Ortalıqda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı var. Burada həm Ermənistanın işğalçı kimi təqdim olunur, digər tərəfdən məsələnin həll olunmamasında birbaşa günahkar və cavabdeh kimi də məzh İrəvan təqdim olunur. Məsələ konkret bir məsələ üzərində qiymətləndirilsin. Məsələ təkcə Qarabağla bağlı deyil ki, Qazaxın, Naxçıvanın və Azərbaycanın digər bölgələrinin nə qədər ərazisi işğal olunub. İşğalı birbaşa Ermənistan həyata keçirib və münaqişə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsilə bağlı olaraq yaranan problemdir. Ona görə hesab edirəm ki, məsələni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi kimi göstərməklə konfliktin iki dövlət arasında getdiyini göstərmək lazımdır”.

Milli Məclisin deputatı Fazil Mustafa da konfliktin yuxarıda qeyd olunan şəkildə adının halanmasını yanlışlıq adlandırdı və belə vəziyyətin diqqtsizlikdən irəli gəldiyini söylədi:

Fazil Mustafa ile ilgili görsel sonucu“Münaqişə ilə bağlı olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı termini işlənməlidir. Amma təəssüf ki, bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ifadələr də işlədilir. Bu yanlışdır. Ancaq Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğal edilməsi ifadəsi birmənalı şəkildə gündəmdə yer almalıdır. Başqa ifadə yayındırıcıdır və maraqlarımıza uyğun deyil. Konfliktin yanlış adla adlandırılması sadəcə olaraq müəyyən diqqətsizlikdən irəli gələn bir amildir. Bu nöqteyi-nəzərdən mətbuatın məsələyə münasibət bildirməsi yaxşıdır ki, ən azından həmin diqqətsizliyə yol verənlər səhvlərini düzəldə bilsinlər”.

 

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv