“Fazil Mustafa Şah İsmayılı hədəfə alan Xalid Əl-Kəsridir”

1323149911_xetaiMillət vəkili Fazil Mustafa ilə jurnalist Taleh Şahsuvarlı arasında Şah İsmayıl polemikası böyüyür.

Taleh Şahsuvarlı ile ilgili görsel sonucuFazil Mustafanın Şah İsmayıla qarşı hücumlarına kəskin etiraz edən Taleh Şahsuvarlı Yenicag.az-a verdiyi açıqlamada millət vəkilini Əməvilər sülaləsinin qurucusu Müaviyyənin əmri ilə müsəlmanlar arasında nifaq yaradan Xalid Əl-Kəsrə bənzədib.

“Səfəvilərə qarşı elmi əsaslardan uzaq iddialarda bulunan və bu iddiaları önə sürəndə guya məşhur fikir adamlarından bəhrələndiyini göstərmək üçün Əhməd Ağaoğlunun fikirlərini konteksdən çıxardaraq təhrif edən Fazil Mustafanın nəzərinə” deyə sözə başlayan Şahsuvarlı Fazil Mustafanın qarşısına konkret faktlar və dəllillər qoyub:

“Üç yüz yıldan beri saraya girmek imkanını bulan, soyu sopu bilinmeyen, devletin kurucu unsuru ile maddi ve manevi hiç bir ilgisi bulunmayan nice kadın ve erkek, bu devletin başına ne kadar müthiş felaketler getirmişlerdir! Milli tarihimize o kanlı ve müthiş şekli verenlerin, hemen yüzde doksanı, bu gibi Türk olmayanlardır. Bunların saray ve saray çevresinde yaptıkları hile ve desiseler ettikleri hıyanetler, işledikleri cinayetler ve kanlı facialardır ki, milli tarihimizi kan lekeleri ile kirletmiştir”.

Əhməd Ağaoğlunun “Üç mədəniyyət” kitabından götürülmüş bu sitat Osmanlılar haqqındadır. İçində təkcə “fəlakət” deyil, hətta “kir” kəliməsi də keçir. Ancaq buna görə kimsə Osmanlının tarixdəki yerindən və rolundan imtina etmir, onu aşağılamır, xalqın qəlbindəki Osmanlı qürurunu əritmək istəmir, tarix bilincini korlamır. Fazil Mustafa Əhməd Ağaoğlunun “İran və inqilabı”, “Üç mədəniyyət” adlı kitablarındakı əsas mesajları anlasaydı, Əməvi zehniyyətini Azərbaycana yenidən daşımaq istəməzdi. Fazil Mustafa o zehniyyətin Səfəviləri hədəfə almış Xalid Əl Kəsridir günümüzdə. Əməvilərin, Abbasilərin davasını aparır xalqımıza qarşı. Zahirən türklük libası geyinib, amma tərs geyinib. Zahirən islam əbasına bürünüb, amma onu da tərs geyinib. Üzü dindar, astarı Əməvidir.

Fazil Mustafa ile ilgili görsel sonucuFazil Mustafa iddia edir ki, guya Şah İsmayıla qarşı Azərbaycan türkünün davasını aparır. Azərbaycan türkünün Şah İsmayılla nə sorunu var axı? Şah İsmayılı şah edən, iqtidara daşıyan Azərbaycan türklərinin etnogenizində iştirak edən tayfalardır. Şah İsmayılın, səfəvilərin ən böyük mirası millətimizdir, Azərbaycan türkləridir. Bundan böyük nə miras olasıdır ki? Yüzillərdir bu xalq Şah İsmayılı dastanlaşdırır, ozanlarımız deyişlərini oxuyur, dilimiz onun şeirləri ilə zənginlik qazanıb. Dədə Qorqudun ozan sənətinin bu günə çatmasında Xətai qədər önəmli rol oynayan ikinci şəxsiyyət yoxdur tarixdə. Anası Bayındır boyundan olan Şah İsmayılı Dədə Qorquda qarşı qoymaq cəhdindən cəfəng daha nə ola bilər? Boynunuza alın, Fazil Mustafa, siz Azərbaycan türkünün yox, Azərbaycan türkünə qarşı dava aparırsınız”.