Fazil Mustafanın da sənədləri MSK-ya təqdim edildi

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Yenicag.az xəbər verir ki, bu barədə F.Mustafa “Report”a bildirib.

Onun sözlərinə görə, sənədlər bu gün MSK-ya təqdim edilib.

Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.