“Fazil Mustafa yaxın günlərdə evə buraxılacaq”.
Yenicag.az xəbər verir ki, bu sözləri Lent.az-a ötən gün güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib.
O bildirib ki, millət vəkilinin səhhəti qənaetbəxşdir:
“Hazırda Fazil Mustafanın səhhəti yaxşıdır. Həkimlər tərəfindən müalicəsi davam etdirilir. Məlumata görə, yaxın günlərdə Fazil Mustafa evinə buraxılacaq”.