Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı yenilik: Postlar quruldu, saxlanılanlar var – DİN-dən AÇIQLAMA

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.

***

DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev Yenicag.az-a bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcək.